Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

Dünyada ilk ro-pax sərnişin və yük daşıyan elektrik gəmisi La-Manş boğazında istismar ediləcək

Quandun əyalətinin Nanşa bölgəsində dünyada ilk RO-PAX tipli yük-sərnişin gəmisi gücü 35 MVt-dan çox olan yüksək tutumlu akkumulyatorlarla təchiz edilmişdir.

“Seanews.az” xəbər verir ki, gəmidə hər birinin gücü 8,8 MVt olan dörd akkumulyator bölməsi var ki, bu da 150 sərnişin elektrik avtomobilinin akkumulyatorunun gücünə bərabərdir.

Gəminin hərəkətini bir düymə ilə yanacaq-elektrik mühərrikindən istifadədən akkumulyatorla işləmə rejiminə keçirmək olar.

Gəmi Böyük Britaniyanın “P&O Ferries” şirkəti üçün Çin Dövlət Gəmiqayırma Korporasiyasının törəmə şirkəti olan “CSSC” tərəfindən inşa edilib.

Tezliklə Böyük Britaniyaya yola düşəcək gəmi gələcəkdə Böyük Britaniyanın Dover və Fransanın Kale limanlarına yan almaqla La-Manş boğazında istismar ediləcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır