Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-06-17,
Seanews
Heyder Eliyev

“MOL” kruiz biznesini genişləndirir

“Mitsui OSK Lines” (“MOL”) öz kruiz biznesini genişləndirmək üçün Amerikanın “Seabourn Cruise Line” şirkətindən layner alıb.

“Seanews.az”-ın məlumatına görə, ümumi tutumu 32 000 ton olan “Seabourn Odyssey” kruiz gəmisi “Seabourn Cruise Line” tərəfindən bir il yarım müddətinə icarəyə verilib. “Mitsui OSK Passenger Line” (“MOPAS”) 2024-cü ilin sonunda kruiz gəmisini təhvil alacaq. Bundan əvvəl “Seabourn Odyssey” təmir və təkmilləşdirmələrdən keçəcək.

“MOL” artıq “Nippon Maru” adlı bir kruiz gəmisini idarə edir. Bundan əlavə, ötən ilin payızında şirkət 600 nəfərlik sərnişin tutumu olan iki kruiz gəmisinin inşası barədə məlumat vermişdi. Gəmilərin dəyəri 719 milyon dollardır. Ümumi tutumu 35 min ton olan ilk gəminin 2027-ci ildə istismara verilməsi nəzərdə tutulub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır