Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

Gəmi xeyriyyəçiliyi ilə tanınan milyarderin adını daşıyır

“ZIM Integrated Shipping Services” və “Shell” şirkətləri 15 000 TEU tutumlu “ZIM Sammy Ofer” konteyner gəmisinin mayeləşdirilmiş təbii qazla (LNG) təchiz etmək əməliyyatını uğurla başa çatdırıblar.

“SeaNews”-ın məlumatına görə, gəmini LNG ilə təchiz etmək əməliyyatı Yamaykadakı “Kingston Freeport Terminal Limited”-də həyata keçirilib.

"Bu əlamətdar hadisədir, çünki Yamayka sularında ilk belə əməliyyatdır", -deyə şirkətdən bildiriblər.

Bu, həmçinin “ZIM” və “Shell” şirkətləri arasında imzalanmış 10 illik müqavilə çərçivəsində ilk LNG bunkeri idi və “ZIM Sammy Ofer” şirkətin donanmasında iki yanacaqlı LNG mühərriki ilə təchiz edilmiş ilk 15 000 tonluq konteyner gəmisidir.

Qeyd edək ki, gəmi israilli gəmiçilik maqnatı, xeyriyyəçiliyi ilə tanınan milyarder Sammi Oferin adını daşıyır.

“Seanews.az” 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır