Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

Misirin Safaga limanı ilə bağlı 30 illik konsessiya imzalanıb

“AD Ports Group” (BƏƏ) və Misirin Qırmızı dəniz limanları administrasiyası şirkətə strateji əhəmiyyətli Safaga limanında çoxməqsədli terminalı inkişaf  və istismar etməyə imkan verən 30 illik konsessiya müqaviləsi imzalayıblar.

“Seanews.az” xəbər verir ki, terminal təxminən 810 min kvadratmetr sahədə tikiləcək. 2025-ci ilin ikinci rübündə istismara veriləcək terminal ildə 5 milyon ton toplu və ümumi yüklər, 1 milyon ton maye yüklər, 450 min TEU aşıra biləcək.

“AD Ports Group” ərazidə avadanlıq, bina və digər daşınmaz əmlaka, mühəndislik şəbəkələrinə ümumilikdə 200 milyon dollara qədər sərmayə qoyacaq. Kapital qoyuluşunun böyük hissəsi 2024-2025-ci illərə düşəcək.

Bundan əlavə, “AD Ports Group” ilə Süveyş Kanalı İqtisadi Zonasının Baş İdarəsi arasında Əl Ariş limanında və Qərbi Port Səid limanında iki sement terminalının tikintisinə dair müqavilələr imzalanıb. 15 illik müqavilələrə əsasən, “AD Ports Group” Əl Arish limanında 60 000 tona qədər və Qərbi Port Səid limanında 30 000 ton tutumlu elevatorlar inşa edəcək. Hər bir terminal ildə 1-1,5 milyon ton yük aşıra biləcək. 2023-cü ilin dördüncü rübündə fəaliyyətə başlayacaq terminalların Misirin dünya bazarlarına sement ixracını iki dəfə artıracağı gözlənilir.

“AD Ports Group” həmçinin Süveyş Kanalı İqtisadi Zonasının Baş İdarəsi ilə Port Səiddə qarşılıqlı anlaşma və Ain Sohnadaüç ro-ro, kruiz və çoxməqsədli terminalın inkişafı haqqında memorandum imzalayıb.  Qırmızı dəniz limanları administrasiyası ilə Xurqada liman şəhərində yerləşən kruiz terminalının idarə edilməsi və istismarı üçün əsas şərtlər, habelə Şarm əl-Şeyx şəhərində yerləşən kruiz terminalının inkişafı, idarə edilməsi və istismarı üçün əsas şərtlər razılaşdırılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır