Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

“ONE Trust” gəmisi “ön şüşə” texnologiyası ilə təchiz edilib

“Ocean Network Express” (“ONE”) konteyner gəmisinin ön hissəsinə külək deflektoru quraşdırıb.

“Seanews.az”-ın məlumatına görə, tutumu 21 700 TEU olan “ONE Tradition” şirkətin "ön şüşəli" ikinci konteyner gəmisidir.

Ön şüşə rolunu oynayan avadanlıq yanacaq sərfiyyatını və emissiyaları azaltmaqla gəminin aerodinamikasını yaxşılaşdırmalıdır.

"ONE Tradition" 2017-ci ildə Koreyanın “Samsung Heavy Industries” (“SHI”) gəmiqayırma zavodunda tikilib.

2022-ci ilin oktyabrında “ONE”-nin ilk konteyner gəmisi “ONE Trust” ön şüşə texnologiyası ilə təchiz edilib. Gəmi 2021-ci ildə Koreyanın “Samsung Heavy Industries” tərsanəsində inşa edilib.  Konteyner gəmisinin modernləşdirilməsi Çinin “Quindao Beihai” tərsanəsində həyata keçirilib.

Gələcəkdə “ONE” yeni tikilən konteyner gəmilərini külək deflektoru ilə təchiz etməyi planlaşdırır.

Martın 15-də şirkət 13,7 min TEU tutumlu on konteyner gəmisi sifariş etdiyini açıqlamışdı. Konteyner gəmilərinin çatdırılması 2025-2026-cı illər üçün nəzərdə tutulub.

Qeyd edək ki, fevralın sonunda “CMA CGM” şirkəti  konteyner gəmisində "ön şüşə" texnologiyasını sınaqdan keçirdiyini bildirib. Külək deflektoru 16 000 TEU tutumlu “CMA CGM Marco Polo” konteyner gəmisində quraşdırılıb. Gəmi Aralıq dənizi - ABŞ-ın şərq sahilləri marşrutunda istismar edilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır