Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

Kiçik modul reaktor gəmisi üçün xüsusi dizayn konsepsiyası təqdim edilib

Cənubi Koreyanın “HD Hyundai Group”-un gəmiqayırma holdinqi olan “Korea Shipbuilding & Offshore Engineering” (“KSOE”) ölkə şirkətləri arasında ilk dəfə olaraq kiçik modul reaktor gəmisi üçün xüsusi dizayn konsepsiyasını təqdim edib.

“Seanews.az” xəbər verir ki “KSOE” şirkəti 240 MVt MMR nüvə reaktoru olan gəminin layihəsi barədə məlumat verib. İlkin layihə hər biri 60 MVt olan dörd kiçik modul reaktor blokunu nəzərdə tutur. Şirkət ilk dəfə olaraq kiçik modul reaktorda işləyən gəminin layihəsini ətraflı şəkildə açıqlayıb.

“KSOE”  tərəfindən irəli sürülən konsepsiyanın uğurla həyata keçirilməsi ilə daha kiçik bir ərazidə yalnız bir və ya iki 60 MVt-lıq kiçik modul reaktorunu və daha böyük ərazidə təxminən altı-səkkiz reaktor quraşdırmaq kifayət edəcəkdir. “KSOE” dənizdə üzən kiçik modul reaktor ideyasını təbliğ edir.

Nüvə reaktoru üzən qurğunun dibində yerləşdiriləcək və qurğunun yuxarı hissəsində hidrogen kimi karbonsuz yanacaq istehsal edən platforma olacaq. Mütəxəssislər hesab edirlər ki, bu yolla hasil edilən hidrogen Cənubi Koreyanın yaşıl gəmilərinin rəqabət qabiliyyətini artıra bilər. Cənubi Koreyada ilk dəfə CNG və ya hidrogenlə işləyən hibrid mühərriki təqdim edən “HD Hyundai Group” 2025-ci ilə qədər ən səmərəli hidrogen mühərrikini inkişaf etdirməyi qarşısına məqsəd qoyub.

2022-ci ilin noyabrında “KSOE” şirkəti kiçik modul reaktor yaratmaq üzərində işləyən “TerraPower”-a 30 milyon dollar sərmayə qoyub. Layihə 2030-cu ilə qədər Vayominq ştatında (ABŞ) kiçik modul reaktor zavodunun tikintisini nəzərdə tutur.

Yanvar ayında “Samsung Heavy Industries” şirkəti Amerikanın “ABS” təsnifat cəmiyyəti tərəfindən artıq sertifikatlaşdırılmış kompakt ərinmiş duz reaktoru üçün üzən elektrik stansiyasının konseptual layihəsini tamamlayıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır