Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-27,
Seanews
Heyder Eliyev

Karbon qazı tutma sisteminin layihə gücü 85%-dən çox ola bilər

Çinin “CCS” Təsnifat Cəmiyyəti “Jiangnan Shipbuilding (Group) Co. Ltd.” Gəmiqayırma şirkətinə aşağı karbonlu VLGC qaz tankeri konsepsiyası üçün prinsipial təsdiq sertifikatı təqdim edib. Təsnifat cəmiyyətinin bəyanatında deyilir ki, gəmi karbon tutma, istifadə və saxlama (“CCUS”) texnologiyası ilə təchiz olunacaq.

“Seanews.az”-ın məlumatına görə, qaz daşıyıcısının ilkin dizaynı LPG-nin daşınması üçün dedveyt baxımından ən böyük iki yanacaq mühərrikli tankerə əsaslanır. Açıq göyərtənin hər iki tərəfində iki “C” tipli aşağı temperaturlu karbon qazı çəni yerləşir. Karbon qazı tutma sisteminin layihə gücü 85%-dən çox ola bilər.

Qeyd edək ki, “AiP” ("prinsipcə təsdiq") layihə konsepsiyasının razılaşdırılmış çərçivədə müstəqil qiymətləndirilməsidir, təqdim olunan layihənin həyata keçirilməsinin mümkünlüyünü və həyata keçirilməsinə heç bir mühüm maneənin olmadığını təsdiq edir. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır