Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-10,
Seanews
Heyder Eliyev

“HHI” Gəmiqayırma Zavodu “Purus” üçün iki etandaşıyan tanker tikəcək

Dəniz sənayesinin müxtəlif seqmentlərində nəqliyyat və digər xidmətlər göstərən Britaniyanın “Purus” holdinqi iki VLEC etan tankerinin tikintisini sifariş verib. 98 min kubmetr yük tutumu olan gəmilər Cənubi Koreyanın “Hyundai Heavy Industries” tərsanəsində inşa ediləcək.  

Holdinqin press-relizinə görə, tankerlərin 2026 və 2027-ci illərdə istismara verilməsi planlaşdırılır.

Tankerlər etandan istifadə etmək üçün iki yanacaqlı mühərriklərlə və optimallaşdırılmış yükün idarə olunması sistemləri ilə təchiz ediləcək. Bu, gəmi operatorlarına istismar zamanı karbon qazı və kükürd oksidlərinin emissiyalarını azaltmağa imkan verəcək. Gəmilərin layihəsi müxtəlif enerjiyə qənaət edən texnologiyalardan istifadəni nəzərdə tutur.

Tikinti başa çatdıqdan sonra gəmilər dərhal adı açıqlanmayan şirkətə uzunmüddətli icarəyə veriləcək.

“Purus Marine” ekoloji cəhətdən təmiz yük gəmiləri və avadanlıqları parkına malikdir və gəmiçilik, dəniz neft və qaz və külək enerjisi, bərə xidmətləri də daxil olmaqla dəniz sənayesinin müxtəlif sektorlarına xidmət etmək üçün gəmilərini uzunmüddətli müqavilələr əsasında icarəyə verir. Şirkət 2030-cu ilə qədər gəmilərdən sıfır emissiyaya nail olmağı planlaşdırır. Baş ofisi Londonda (Böyük Britaniya) yerləşən şirkətin Sinqapur, Honkonq (ÇXR) və Nyu-Yorkda (ABŞ) filialları var.

“Seanews.az” 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır