Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-02-25,
Seanews
Heyder Eliyev

Yunanıstanın üç böyük şirkəti Rusiyadan neft nəqlini dayandırıb

Yunanıstanın gəmiçilik şirkətləri sanksiyalardan qaçmaq üçün son həftələrdə Rusiya neftinin daşınmasını dayandırıb. Söhbət onilliklər ərzində Rusiya yükgöndərənləri ilə işləyən “Minerva Marine”, “Thenamaris” və “TMS Tankers” şirkətlərindən gedir.

Bu barədə “Qazeta.Ru” “Reuters”ə istinadən xəbər verir. Qərar ABŞ-ın 2023-cü ilin oktyabrında Rusiya neftinin ixracını məhdudlaşdırmaq üçün tədbirləri sərtləşdirməsindən sonra qəbul edilib. Gəmiçilik agentliklərinin məlumatlarına görə, gəmiçilik şirkətləri noyabr-oktyabr aylarında Rusiya neftinin daşınması üçün sifarişləri azaltmağa başlayıb.

Ekspertlər hesab edirlər ki, Yunanıstan daşıyıcılarının imtinası Rusiyaya ciddi zərbədir, çünki onlar aylıq ixracın 10%-ni dəniz yolu ilə təmin edirdilər. Bu şirkətlərin 100-dən çox tankerdən ibarət donanması Rusiya neftinin Avropa, Asiya və Afrikaya ixracı üçün əsas vasitə olub.

Bununla belə, Rusiya hələ də kifayət qədər Rusiya şirkətləri və BƏƏ, Hindistan, Honkonqun gəmiçilik şirkətləri ilə daşıma imkanlarına malikdir.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır