Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-27,
Seanews
Heyder Eliyev

“Delfin” sinfinə məxsus gəminin təməli qoyulub

Polşanın “Remontowa Shipbuilding S.A.” gəmiqayırma zavodunda ikinci “Delfin” sinfinə məxsus “SIGINT” gəmisinin təməli qoyulub.

Ordu.az xəbər verir ki, bundan əvvəl, iyulun 27-də həmin gəmiqayırma zavodunda bu seriyanın “Jerzy Różycki” adlı ilk gəmisinin təməlqoyma mərasimi keçirilmişdi.

Polşa Hərbi Dəniz Qüvvələri (HDQ) hər iki  gəmini 2027-ci ilə qədər təhvil alacaq.

2022-ci il noyabrın 25-də Dövlət Xəzinədarlığı-Silahlanma Agentliyi ilə “Saab AB” arasında “Delfin” elektron kəşfiyyat gəmilərinin çatdırılması üçün mühüm müqavilə imzalanıb.

Təxminən 600 milyon avro dəyərində olan bu müqavilə dəniz elektron kəşfiyyat sistemləri vasitəsilə Polşa Silahlı Qüvvələrinin kəşfiyyat məlumat toplama imkanlarını təkmilləşdirməyi hədəfləyir.

Bu sistemlər bütün dəniz elektron kəşfiyyatı spektri (“SIGINT”-“Signal Intelligence”) üzrə məlumatları əldə etməyə imkan verəcək.

Maraqlıdır ki, gəmilər “Remontowa Shipbuilding S.A.” gəmiqayırma zavodunda inşa ediləcək və İsveç tərəfindən xüsusi avadanlıqla təchiz ediləcək.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır