Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-02-23,
Seanews
Heyder Eliyev

ASCO-nun Dayanıqlılıq və emissiyaların idarəolunması üzrə direktoru Sənaye Təhlükəsizliyi Zirvəsində iştirak edib

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Dayanıqlılıq və emissiyaların idarəolunması üzrə direktoru Ələkbər Əzizli Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş və "Sabahın çağırışları" şüarı altında ölkəmizdə ilk dəfə keçirilən Sənaye Təhlükəsizliyi Zirvəsində iştirak edib.

Ələkbər Əzizli spiker kimi çıxış edərək sənaye təhlükəsizliyi, əməyin mühafizəsi və iş yerində təhlükəsizliklə bağlı məsələlərdə ASCO və dünyada tətbiq olunan yeniliklər, bu sahədə müasir innovasiyalar və qabaqcıl təcrübələr barədə danışıb.

O bildirib ki, 2023-cü ilin əvvəlindən ASCO gəmilərdə mazutun istifadəsindən imtina edərək dizel yanacağına keçib. Məhz, bunun nətivəsində ASCO emissiyaların 6% azalmasına nail olub.

Ələkbər Əzizli onu da bildirib ki, emissiyaların daha da azaldılması istiqamətində müvafiq tədbirlər bundan sonra da davam etdiriləcək.

Qeyd edək ki, Sənaye Təhlükəsizliyi Zirvəsi 3 fərqli panel, 15-dək spiker və moderatorun iştirakı ilə Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası və Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə keçirilib.

Zirvədə dövlət və özəl sektoru təmsil edən 450-dən çox rəhbər, idarəçi və qərarverici şəxslər bir araya gəlib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır