Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-20,
Seanews
Heyder Eliyev

Gürcüstanda ilk dərin dəniz limanının tikintisi üçün investor ilin sonuna kimi müəyyənləşəcək

Anakliya dərin dəniz limanının tikintisi layihəsində iştirak üçün özəl investorlardan təkliflərin qəbulu may ayında başa çatacaq və ilin sonuna kimi qalib müəyyənləşəcək.

“korabel.ru” “Sputnik Gürcüstan”-a istinadən xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat naziri əvəzi Levan Davitaşvili deyib.

Müsabiqəyə əsasən, iki xarici şirkətdən biri 2023-cü ilin sonuna qədər Gürcüstanın Anakliya kəndində (Sameqrelo-Zemo Svaneti bölgəsi) ilk dərin su limanının layihəsində İsveçrə-Lüksenburq şirkəti və ya Çin-Sinqapur konsorsiumu dövlətin özəl tərəfdaşı olmalı idi.

Son tarix daha sonra 2024-cü ilin fevralına keçirildi.

"Bu gün son mərhələdə iki namizədimiz var, onlar çox mürəkkəb layihə olduğunu nəzərə alaraq, ətraflı təkliflər təqdim etmək üçün müddəti 3 ay uzatmağı xahiş ediblər", - Davitaşvili bildirib.

Onun sözlərinə görə, İqtisadiyyat Nazirliyi artıq şirkətlərlə görüşlər keçirib və hər birinin 100-dən çox sualını cavablandırıb.

“Mayın 20-nə kimi təkliflərin qəbulu başa çatmalıdır, ondan sonra biz yazılı plana uyğun seçim aparmalıyıq, lakin bütün hallarda özəl tərəfdaş bu il seçiləcək. Elə bu il də biz dəniz infrastrukturunun tikintisinə başlayacağıq”, - Davitaşvili bildirib.

Xatırladaq ki, Gürcüstan hökuməti ölkənin qərbində Anakliyada dərin su limanının tikintisinə başlamaq üçün dövlət büdcəsindən 20 milyon lari (təxminən 7,7 milyon dollar) ayırmaq qərarına gəlib. Limanın tikintisinin ümumi dəyəri, ilkin hesablamalara görə, 600 milyon lariyə qədər (223 milyon dollardan çox) olacaq.

2023-cü ilin mart ayında Anakliya limanı ilə bağlı layihə sənədlərinin yenilənməsini təmin edəcək dövlət şirkəti “Anakliya Dəniz Limanı” MMC təsis edilib. Tikinti işlərinə 2023-cü ilin payızında başlanmalı idi. Yeni limanın birinci mərhələsinin gücü ildə 900 min TEU olmalıdır.

Seanews.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır