Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-27,
Seanews
Heyder Eliyev

“CMA CGM”-ya şərt irəli sürülüb

Polineziya antiinhisar orqanları “CMA CGM” gəmiçilik şirkətinin “Bolloré Logistics”-i almasına etiraz edirlər.

“The Loadstar” yazır ki, Fransa daşıyıcısı bir neçə şərti yerinə yetirməsə, tənzimləyici sövdələşməni əngəlləmək niyyətindədir.

Xüsusilə, Polineziya Antiinhisar Təşkilatı “CMA CGM”-dən “Panama Direct Line” (PAD”) xidmətini dayandırmağı və ya “Bolloré” törəmə şirkətini satmağı tələb edir. Tənzimləyici bu tələbi regionda inhisarçılıqla bağlı narahatlıqlarla izah edir.

Polineziyadakı “Bolloré” törəmə şirkətinin 37 işçisi var. 600 kvadratmetr sahəsi olan anbarı idarə edir.

"Çətin ki, “CMA CGM” Avropa və ABŞ-ın şərq sahillərini Avstraliya, Yeni Zelandiya və Sakit Okean adaları ilə birləşdirən və Papeete limanına (Fransız Polineziyası) səfərləri həyata keçirən “PAD” xidmətindən imtina etmək qərarına gəlsin", - deyə “Loadstar” bildirir.

“Bollore”-nin dünya üzrə 153 törəmə müəssisəsi olduğunu nəzərə alsaq, onun 2023-cü ilin mayında elan edilmiş 4,65 milyard avroya alınmasına dair sövdələşmə bir sıra ölkələrdə, eləcə də Avropa İttifaqında tənzimləyicilərin iradəsindən asılı qalır.

Əgər əməliyyat sonda təsdiqlənərsə, “Bolloré”-nin alınması 2019-cu ildə “Ceva Logistics”-in alınmasından sonra “CMA CGM”-nin ən böyük “M&A” əməliyyatı olacaq.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır