Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-08,
Seanews
Heyder Eliyev

“MSC” gəmiçilik şirkəti Finlandiyanın texnologiya qrupundan Triestdəki zavodunu almaq istəyir

“Mediterranean Shipping Company” (“MSC”) şirkəti Finlandiyanın “Wartsila” texnologiya qrupundan Triestdəki (İtaliya) zavodunu almaq niyyətindədir.

“Seanews.az” xəbər verir ki, bu barədə “MSC” şirkətlər qrupunun təsisçisi və sahibi Canluici Aponte İtaliyanın Liquriya regionunun prezidenti Covanni Toti və infrastruktur nazirinin müavini Edoardo Riksi ilə Genuyada keçirdiyi görüşdə bildirib.

Tərəflər sövdələşmə ilə bağlı razılığa gəliblər. “Wartsila” mühərrik zavodunu bağlayıb və 300 nəfəri işdən çıxarıb. Biz bu 300 nəfəri geri qaytaracağıq və burada dəmir yolu ilə böyük həcmdə yüklərin daşınması üçün xüsusi vaqonlar istehsal edəcək zavod yaradacağıq”, - deyə “MSC”-nin rəhbəri bildirib.

Aktivlərin köçürülmə vaxtı hələ müəyyən edilməyib, lakin layihənin həyata keçirilməsi planları artıq hazırlanıb.

Bu investisiya layihəsinə maraq “MSC”-nin İtaliyada və onun hüdudlarından kənarda həm yükdaşımaları (“Medway” və “Medlog” ilə), həm də sərnişin daşımaları (Italo ilə) seqmentində artan iştirakından qaynaqlanır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır