Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-27,
Seanews
Heyder Eliyev

ABŞ dəniz limanlarının təhlükəsizliyinə 20 milyard dollardan çox vəsait xərcləyəcək

Ağ Ev administrasiyası Amerika dəniz limanlarında kibertəhlükələrdən qorunmaq üçün tədbirləri gücləndirəcək.

TASS xəbər verir ki, bunu prezidentin milli təhlükəsizlik üzrə köməkçisinin müavini Enn Nyberqer bildirib.

Onun sözlərinə görə, Bayden ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin “gəmiçilik sahəsində kibertəhlükələrə cavab vermək” məsələsində səlahiyyətlərini genişləndirən sərəncam imzalayacaq.

"Kiberhücum fırtına və ya digər fiziki təhlükədən çox olmasa da, elə o qədər zərər verə bilər", - deyib En Nyuberger.

ABŞ Sahil Mühafizəsi "zərərli kiber fəaliyyətə cavab vermək" səlahiyyətinə sahib olacaq, həmçinin gəmiçilik şirkətləri və operatorlarından kibertəhlükəsizlik tədbirlərinə riayət etməyi və bu sahədə insidentlər barədə məcburi məlumat verməyi tələb edəcək.

“The Wall Street Journal”ın Amerika administrasiyasının nümayəndələrinə istinadən verdiyi məlumata görə, yaxın beş ildə Ağ Ev limanların təhlükəsizliyini təmin etmək üçün 20 milyard dollardan çox vəsait ayıracaq. Bu vəsaitin bir hissəsi Çin istehsalı olan portal kranların dəyişdirilməsinə sərf olunacaq. 

Sahil Mühafizəsinin kibertəhlükəsizlik ofisinə rəhbərlik edən kontr-admiral Con Vannın fikrincə, yük kranları “uzaq yerlərdən idarə oluna, saxlanıla və proqramlaşdırıla bilər”. Pekin isə bu narahatlığı əsassız sayır.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır