Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-10-08,
Seanews
Heyder Eliyev

“COSCO” və “OOCL” şirkətlətinin gəmiləri hələ də İsrail limanlarına səfər edirlər

“COSCO” və “OOCL” dekabr ayında İsrailə səfərlərin dayandırıldığını bildirmələrinə baxmayaraq, gəmiləri hələ də bu ölkənin limanlarına yan alırlar.

Bu barədə “The Loadstar” xəbər verir.

Hər iki xəttin gəmiləri Hayfa və Aşdod limanlarına daxil olur və Pirey (Yunanıstan) və Valensiya (İspaniya) limanları vasitəsilə onlara xidmət göstərilir.

Hayfa limanında “COSCO” və “OOCL” Çinin dövlət şirkəti olan “Shanghai International Port Group” tərəfindən idarə olunan “SIPG Bayport” konteyner terminalından istifadə edir.

“İsrailin “Globes” nəşri öz mənbələrinə istinadən yazıb ki, “COSCO” və “OOCL”-in dekabr qərarı “diplomatik təlaşa” səbəb olub. İsrail Xarici İşlər Nazirliyi daha sonra bəyan etdi ki, o, İsrailə gedən dəniz yollarını açıq saxlamağa sadiqdir və Çin gəmiçilik şirkətləri ilə yaranmış vəziyyəti həll etmək istəyir”, - “The Loadstar” yazır.

Nəşrin məlumatına görə, bu həftə “COSCO” və “OOCL” İsrailin “ZİM” gəmiçilik şirkəti ilə birgə xətt üzrə Aralıq dənizi boyunca fider xidmətlərə başlayır. Xidmət 1,1-1,4 min TEU tutumlu üç “ZİM” konteyner gəmisindən istifadə edir, “COSCO” daha iki gəmisini əlavə edəcək.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır