Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-26,
Seanews
Heyder Eliyev

LNG tankeri “TLT” üçün mayeləşdirilmiş təbii qaz daşıyacaq

“Mitsui O.S.K. Lines” (“MOL”) gəmiçilik şirkəti “Tokyo Gas”-ın törəmə şirkəti “Tokyo LNG Tanker” (“TLT”) ilə uzunmüddətli mayeləşdirilmiş təbii qaz (LNG) tankeri üçün taym-çarter müqaviləsi bağlayıb. Bu barədə “MOL”-un məlumatında deyilir.

Əvvəllər yeddi dəniz qaz daşıyıcısının fraxtı üzrə sazişlər imzalanıb.

Yeni tanker Cənubi Koreyanın “Hanwha Ocean” gəmiqayırma şirkətinin (keçmiş “DSME”) Kodje adasında yerləşən tərsanəsində tikiləcək. Gəminin istifadəyə verilməsi 2026-cı ilə planlaşdırılır.

LNG tankeri “MOL” tərəfindən idarə olunacaq və “TLT” üçün mayeləşdirilmiş təbii qazın daşınmasında iştirak edəcək.

Gəmi yüksək yanacaq səmərəliliyi və ekoloji təmizliyə malik ən son “MAN Energy Solutions” (“ME-GA”) mühərriki ilə təchiz olunacaq.

Uzunluğu 294,9 metr, eni 46,4 metr olan gəminin membran çənlərinin tutumu 174 min kubmetrdir.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır