Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-27,
Seanews
Heyder Eliyev

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) əməkdaşları “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Bakının Müşfiqabad qəsəbəsində növbəti ağacəkmə aksiyası keçiriblər.

Yaşıllaşdırma aksiyası çərçivəsində yerli torpaq-iqlim şəraitinə uyğun ümumilikdə 1250 ədəd olmaqla, Eldar şamı və zeytun ağacı əkilib, ərazidəki bitkilərə qulluq göstərilib.

Ağacəkmə aksiyasının məqsədi ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların bərpasına və artırılmasına yönəltmək, ağacəkmə işini ümummilli hədəflərimizdən birinə çevirmək, ətraf mühitin mühafizəsinə və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır