“Hapag-Lloyd” logistika şirkətinin payını alır
“Hapag-Lloyd” gəmiçilik şirkəti İtaliyanın “Spinelli” logistika şirkətinin payını alır.
“Seanews.az”ın məlumatına görə, konteyner daşıyıcısı səhmlərin 49%-nə sahib olacaq, əsas pay (51%) “Spinelli”-də qalır.
“Tərəflər əməliyyatın maliyyə detallarını açıqlamamaq barədə razılığa gəliblər.
Sövdələşmə qarşıdakı aylarda cavabdeh antiinhisar orqanları tərəfindən təsdiq edilməlidir”, - deyə “Hapaq-Lloyd”-un məlumatında bildirilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır