Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-08,
Seanews
Heyder Eliyev

Hamina-Kotka limanına 2090 gəmi yan alıb

2022-ci ilin yanvar-oktyabr aylarında Finlandiyanın Hamina-Kotka limanının yük dövriyyəsi keçən ilin eyni dövrü ilə müqayisədə 7,8% artaraq 12,9 milyon tona çatıb.

“Seanews.az”-ın məlumatına görə, ixrac üçün yükaşırmaların həcmi 0,2% artaraq 9,83 milyon ton,  maye yüklərin aşırılması 29,6% artaraq 1,64 milyon ton təşkil edib.

İdxal olunan yüklərin aşırılmasının həcmi 31,3 faiz artaraq 3,85 milyon ton, maye yüklərin aşırılması 3,1% azalaraq 798,7 min ton olub.

Tranzit daşımaların həcmi 4,3% azalaraq 3,13 milyon ton, ölkədaxili daşınmalar 6 dəfədən çox artaraq 598 min ton təşkil edib.

Limanın konteyner dövriyyəsi 517,6 min TEU təşkil edib ki, bu da 3,7% artım deməkdir.

Hamina-Kotka limanına gəmi yanalmalarının sayı da 6,6% artaraq 2090 olub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır