Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

“SH Diana” beşulduzlu kruiz donanmasında ən böyük gəmidir

Helsinki Gəmiqayırma Zavodunda (“Helsinki Shipyard”) “Swan Hellenic” kruiz şirkəti üçün inşa edilən “SH Diana” layneri suya  buraxılıb. Bu, onun beşulduzlu kruiz donanmasında üçüncü və ən böyük gəmisidir.

Bu barədə Finlandiyanın gəmiqayırma şirkətinin mətbuat xidməti məlumat yayıb.

Gəmi suya buraxıldıqdan sonra lazımi avadanlıqla təchiz olunacaq və 2023-cü il aprelin 15-də İtaliyanın Palermo limanından Portuqaliyanın Lissabon limanına istiqamət götürməklə ilk səfərinə çıxacaq. Sonra layner Avropanın Qərbi Atlantik sahillərindən Arktikaya keçəcək.

Gəmi İsveçin “McFarlane ShipDesign” və “Tillberg Design” şirkətləri tərəfindən layihələndirilib və “Helsinki Shipyard OY” tərəfindən inşa edilib. Ekspedisiya kruiz gəmisi “Lloyds Register” sinfinə uyğun tikilib və PC6 buz sinfinə malikdir. Panama Gəmilər Reyestrində qeydiyyata alınıb.

192 sərnişin və 141 heyət üzvü üçün nəzərdə tutulan gəminin 11-i lüks olmaqla 96 kayutu var. 73 kayut  heyət üzvləri üçün nəzərdə tutulub.

9 göyərtəli laynerin uzunluğu 125 metr, eni 23 metr, suya oturumu 5,45 metr, ümumi tutumu 12,1 min tondur. Gəmi maksimum 15,5 düyün sürətlə hərəkət edə bilər.

Gəmi iki köməkçi kater(hər biri 48 sərnişin), 8 kayak və 2 qapalı xilasedici qayıqla təchiz olunub.

“Swan Hellenic” (qərargahı Nikosiya, Kipr) 2020-ci ilin iyul ayından kruiz biznesini bərpa edib. 2021-ci ilin dekabr ayında suya salınan iki yeni beşulduzlu ekspedisiya kruiz gəmisi – “SH Minerva” və “SH Vega” 2022-ci ilin iyulunda istismara verilib. “SH Diana” gəmisi tonaj baxımından bir qədər böyükdür və PC6 buz sinfinə malikdir və 192 sərnişini qəbul edə bilir.

“Helsinki Shipyard Oy” Finlandiyanın paytaxtında yerləşir və əsasən çətin hava şəraitində əməliyyatlar üçün ixtisaslaşmış gəmilər inşa edir. Buzqıran və digər yüksək buz sinifinə malik gəmilərin layihələndirilməsi və tikintisi sahəsində təcrübəyə malik gəmiqayırma zavodu sərnişin bərələri və kruiz gəmiləri də inşa edir.

Seanews.az” 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır