Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-02-29,
Seanews
Heyder Eliyev

Dünyanın ən böyük yelkənli yaxtası 2026-cı ildə ilk səfərə çıxacaq

Dünyanın ən dəbdəbəli və ən böyük üç dorlu yelkənli gəmisi olan “Orient Express Silenseas” 2026-cı ildə ilk səyahətinə çıxacaq.

“Seanews.az” “korabel.ru”-ya istinadən xəbər verir ki, uzunluğu 220 metr və hündürlüyü 91 metrdən çox olan yaxta Aralıq dənizi və Karib dənizi marşrutları üzrə səfərlər edəcək.

“Orient Express Silenseas” üç sərt polyester yelkən və bir külək turbini ilə təchiz olunacaq. Ehtiyat kimi LNG mühərrikindən də istifadə olunacaq ki, bu da dizellə müqayisədə karbon dioksid emissiyalarını 20% azaldacaq.

Gəminin maksimum sərnişin tutumu 120 nəfərdir.

“Art Deco” üslubunda olacaq gəminin interyeri əfsanəvi “Orient Express” qatarının dizaynı ilə məşhurlaşan fransız memarı Maksim d'Anjaka etibar edilib.

"Biz 1934-1938-ci illərin ən yaxşı gəmiqayırma ənənələrinə qayıdacağıq. Bu, daha müasir dizaynla tarixə qayıdış olacaq", - gələcək yaxtanın sahibi və operatoru “Accor”-nun nümayəndəsi bildirib.

Kruiz marşrutları ilə yanaşı, yaxtaya həm də sosial tədbirlər üçün platforma kimi baxılır.

“Orient Express Silenseas” gəmisindən Kann Film Festivalı üçün istifadə oluna bilər, göyərtəsində Paris moda evinin nümayişi və ya ad günləri keçirmək mümkün olacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır