Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

LNG ilə işləyən “Sun Princess” gəmisi gələn ilin birinci rübündə sifarişçiyə təhvil veriləcək

“Princess Cruises” şirkəti üçün inşa edilən və LNG ilə işləyən iki kruiz gəmisindən birincisi İtaliyanın Monfalcone şəhərində suya salınıb.

“Seanews.az”  xəbər verir ki,  ümumi tonajı 175 500 ton olan “Sun Princess” İtaliyada indiyə qədər inşa edilən ən böyük gəmi, “Fincantieri” tərəfindən inşa edilən ilk LNG kruiz gəmisi və “Princess Cruises” donanmasına daxil olan ilk iki yanacaqlı, əsasən LNG gəmisidir.

4300 sərnişin üçün nəzərdə tutulan “Sun Princess” gəmisi 2024-cü ilin birinci rübündə sifarişçiyə təhvil veriləcək.

Xatırladaq ki, beynəlxalq kruiz şirkəti “Princess Cruises” hər il milyonlarla qonağı dünyanın 380 ən görməli yerlərinə çatdıran 15 müasir kruiz gəmisindən ibarət donanmanı idarə edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır