Ammonyakla işləyən ilk konteyner gəmisi “CMA CGM” şirkətinə təhvil verilib
Çinin “Qingdao Shipyard” Gəmiqayırma Zavodu dünyada ammonyakla işləyən ilk konteyner gəmisini “CMA CGM” şirkətinə təhvil verib.
“Seanews.az”-ın məlumatına görə, gəmi "CMA CGM Masai Mara" adlandırılıb.
Uzunluğu 240 metr, eni 42,8 metr, tutumu 5,9 min TEU olan gəminin sahibi Belçikanın “CMB” gəmiçilik şirkəti, operatoru isə “CMA CGM”-dir.
“Offshore Energy”nin məlumatına görə, ikinci belə konteyner gəmisi də həmin gəmiqayırma zavodunda suya salınıb. O, "CMA CGM Khao Sok" adlanır.
“CMA CGM” üçün bu seriyadan cəmi altı konteyner gəmisi tikiləcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır