Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-27,
Seanews
Heyder Eliyev

Çinin ilk kruiz gəmisi dəniz sınaqlarını uğurla başa vurub

Çində inşa edilən ilk böyük kruiz gəmisi altı günlük dəniz sınaqlarını uğurla başa vuraraq Şanxay limanına qayıdıb.

TASS xəbər verir ki, bu barədə “Penpai” informasiya resursu məlumat yayıb.

Gəmi bu ilin iyununda dokdan çıxarılıb. Bu, artıq “Adora Magic City” adlandırılan laynerin ikinci sınaq səfərifir. Son altı gündə gəmi 1630 dəniz mili qət edib və bütün texniki tapşırıqlar yerinə yetirilib. Gəminin inşası başa çatdıqdan sonra ilk sınaq səfəri zamanı göyərtədə 12 ölkədən 102 xarici mütəxəssis də daxil olmaqla 1339 nəfər olub.

ABŞ-da yerləşən “Carnival Corp” və İtaliyanın “Fincantieri” şirkətləri ilə iki “Vista” gəmisinin tikintisinə dair müqavilə 2018-ci ilin noyabrında birinci Çin Beynəlxalq İdxal Sərgisi (CIIE) zamanı imzalanıb. Çinin “Waigaoqiao Shipbuilding” şirkəti ilk laynerin tikintisinə 2019-cu il oktyabrın ortalarında, ikinci gəminin tikintisinə 2022-ci ilin avqustunda başlayıb.  İlk layner 2023-cü ilin sonunda istifadəyə verilməlidir

Kruiz gəmisinin uzunluğu 323,6 metr, eni isə 37,2 metrdir. Hündürlüyü 16 mərtəbəli bina ilə müqayisə oluna bilən gəmidə ticarət və incəsənət mərkəzləri, beşulduzlu otel, restoranlar, barlar, masaj salonları və istirahət üçün bütün lazımi infrastrukturlar yerləşir. 135,5 min ton yükgötürmə qabiliyyətinə malik laynerdə 2 mindən çox yaşayış kayutu var. Gəmi 5246 sərnişin daşımaq üçün nəzərdə tutulub. Laynerin maksimal sürəti saatda 22,6 dəniz mildir.

“Seanews.az” 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır