Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-02-21,
Seanews
Heyder Eliyev

Yaponiyada yeni Ro-Ro gəmisi suya buraxılıb

Yaponiyanın “Mitsubishi Shipbuilding Co., Ltd.” (“Mitsubishi Heavy Industries”-ə (MHI) daxildir) gəmiqayırma şirkəti “FİGAKU MARU” gəmisinin adlandırılması və suya buraxılması mərasimi keçirib.

“Seanews.az” xəbər verir ki, yeni Ro-Ro gəmisi Yaponiyanın “FUJITRANS Corporation” şirkəti üçün tikilir.

Gəmi “Enoura Shimonoseki Shipyard & Machinery Works”-də (Şimonoseki) suya salınıb.

Gəmi 2024-cü ilin aprelində sifarişçiyə təhvil veriləcək.

Yeni gəmi eyni adla 1997-ci ildə tikilmiş köhnə gəmini əvəz edəcək.

 “FIGAKU MARU” gəmisinin uzunluğu 165 metr, eni 27,6 metr, ümumi tutumu təxminən 13 min tondur. Gəmi eyni vaxtda 50 şassi qoşqusu və 1511 avtomobil daşıya bilər. Yanacaq səmərəliliyi əhəmiyyətli dərəcədə yaxşılaşacaq yeni gəmi limanda olarkən sahildəki elektrik şəbəkəsindən elektrik enerjisi ala biləcək.

“Mitsubishi Shipbuilding” “MHI”-nin kommersiya gəmiqayırma seqmentini inkişaf etdirmək üçün yaradılıb. Şirkət mayeləşdirilmiş təbii və neft qazının (LNG, LPG) daşıyan tankerlərin tikintisi üzrə ixtisaslaşıb. “Mitsubishi Heavy Industries Group” enerji, logistika, sənaye mühəndisliyi, aerokosmik və müdafiə sektorlarında fəaliyyət göstərir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır