“Hyundai Glovis” nəhəng avtomobil daşıyıcıları sifariş edəcək
Cənubi Koreyanın avtomobil nəhəngi “Hyundai Motor Group”-un gəmiçilik və logistika bölməsi olan “Hyundai Glovis” böyük tutumlu avtomobil daşıyıcıları inşa etdirməyi planlaşdırdığını açıqlayıb.
“Seanews.az” xəbər verir ki, “Hyundai Glovis”-in direktorlar şurası 10,8 min CEU (şərti avtomobillər) tutumlu avtomobil daşıyıcılarının tikintisi üçün sifariş verilməsini təsdiqləyib.
Onlar dünyanın bu tipli ən böyük gəmiləri olacaq - hazırda ən böyük avtomobil daşıyıcıları 8,5 min CEU tutumuna malikdir.
Layihəyə 1,84 milyard dollar sərmayənin qoyulacağı, LNG ilə işləyən 12 nəhəng avtomobil daşıyıcısının sifarişi nəzərdə tutulur.
“Splash24/7” qeyd etdiyi kimi, “Hyundai Glovis” son illərdə müştəri bazasını əhəmiyyətli dərəcədə genişləndirərək, təkcə ana şirkətin deyil, keçən il həm də gəlirinin təxminən 60%-ni təşkil edən “Volkswagen”, “Ford” və “BMW” kimi markaların məhsullarının daşınmasını təmin edib.
Qeyd edək ki, keçən il təxminən 100 avtomobil daşıyıcısı sifariş edilib və belə gəmilərə tələbatın artmacağı gözlənilir.