Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-02-21,
Seanews
Heyder Eliyev

Çin tərsanəsi və britaniyalı layihəçilər LNG tankerlərini rotor yelkən sistemləri ilə təchiz edəcəklər

Gəmilər üçün köməkçi hərəkət sistemlərinin yaradılması üzrə ixtisaslaşan Britaniyanın “Anemoi Marine Technologies Ltd.” mühəndis şirkəti Şanxay gəmiqayırma qrupu “Hudong-Zhonghua Shipbuilding” (“Hudong-Zhonghua”) ilə rotor yelkənləri sisteminin layihələndirilməsi və sonra mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan iki yeni tankeri rotor yelkənləri sistemi ilə təchiz edəcəyi ilə bağlı əməkdaşlıq müqaviləsi bağlayıb.

Bu barədə Britaniya şirkəti məlumat yayıb.

“Anemoi” layihənin mümkünlüyünü qiymətləndirməyi və LNG tankerlərində quraşdırmaq üçün uyğun rotor yelkən konstruksiyasını seçməyi öhdəsinə götürür. Şirkət cari və gələcək ekoloji tələblərə cavab vermək üçün yeni layihələrdə istifadə edilə bilən texniki tələblər və konstruksiyalar hazırlayacaq.

Layihə iştirakçıları ümid edirlər ki, onun həyata keçirilməsi qaz daşıyıcısı sahiblərinin rotor yelkənli texnologiyasına inamını artıracaq və tədricən yeni nəsil səmərəli və ekoloji təmiz LNG tankerlərini sənayeyə təqdim edəcək.

“Anemoi” öz rotor yelkənlərinin son aylarda gəmilərində əhəmiyyətli yanacaq qənaətinə və emissiyaların azaldılmasına nail olmaq yollarını axtaran gəmi sahibləri arasında populyarlıq qazandığını gördü. Britaniya şirkəti 2023-cü ilin sonuna qədər ildə 50-yə qədər rotorlu yelkən quraşdırmağı planlaşdırır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır