Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-10,
Seanews
Heyder Eliyev

Yaponiyada LNG ilə işləyən yeni balker istifadəyə verilib

“Mitsui O.S.K. Lines, Ltd.” (“MOL”) və “Kyushu Electric Power Co., Inc.” (Kyuden) əsas yanacaq kimi mayeləşdirilmiş təbii qazdan istifadə edən “Reimei” kömür daşıyıcısını istismara verib.

“Nefteqaz.ru” “MOL”-un məlumatlarına istinadən xəbər verir ki, gəminin adlandırılması və təhvil verilməsi mərasimi “Namura Shipbuilding” şirkətinin İmari şəhərindəki “Imari Shipyard and Works” zavodunda baş tutub.

“Reimei” noyabrın 14-də İmari limanını tərk edib və Tobata limanında birbaşa sahildəki LNG ixrac terminalından yanacaq alacaq.

Gələcəkdə, həmçinin LNG bunker tankerindən “Gəmidən gəmiyə” (“ship-to-ship”, “STS”) toplu daşıyıcı bunkerinin təmin edilməsi də planlaşdırılır.

“MOL” tərəfindən istismar ediləcək “Reimei” Kyudenin kömürlə işləyən elektrik stansiyalarına xaricdən kömür daşıyacaq.

“Seanews.az” 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır