Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-02-23,
Seanews
Heyder Eliyev

Çin gəmiqayırma sahəsində liderliyini davam etdirir

Çin Gəmiqayırma Sənayesi Assosiasiyasının 2023-cü ilin on ayının nəticələrinə əsasən verdiyi məlumata görə, Çin qlobal gəmiqayırma bazarında liderliyini qoruyub saxlamaqda davam edir. Çində həm istehsal həcmlərində, həm də yeni sifarişlərdə artım qeydə alınıb.

“Seanews.az” xəbər verir ki, 2023-cü ilin 10 ayında Çin ümumi tonajı 34,56 milyon dedveyt ton olan gəmilərin tikintisini başa çatdırıb ki, bu da ötən illə müqayisədə 12% çoxdur və dünya üzrə ümumi həcmin 49,7%-ni təşkil edir.

Yanvar-oktyabr aylarında Çin gəmi istehsalçıları tərəfindən alınan yeni sifarişlər illik müqayisədə 63,3% artaraq 61,06 milyon dwt-a çatıb ki, bu da qlobal miqyasda ümumi yeni sifarişlərin 67%-i deməkdir.

Sentyabrın sonuna sənayenin cari sifarişləri əvvəlki ilə nisbətən 28,1% artaraq 133,82 milyon dwt-a çatıb. Çinin payına dünya üzrə ümumi həcmin 54,4%-i düşüb.

“People's Daily” xəbər verir ki, 2023-cü ilin yanvar-oktyabr aylarında xarici müştərilərə dəyər ifadəsində gəmilərin tədarük həcmi illik müqayisədə 21% artaraq 21,14 milyard dollara çatıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır