Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-10-04,
Seanews
Heyder Eliyev

“Scandlines” üçün inşa olunan yeni yük-sərnişin bərəsi suya salınıb

“Scandlines” şirkəti üçün inşa olunan yeni yük-sərnişin bərəsi Türkiyənin “Cemre” Gəmiqayırma Zavodunda suya salınıb. 

“Seanews.az” xəbər verir ki, “Scandlines” bu layihəyə 80 milyon avro sərmayə qoyub.

Yükdaşıma qabiliyyəti 23% artırılan “Futura” bərəsi gələn il sifarişçiyə təhvil veriləcək. Gəmi Almaniya və Danimarka arasında bərə keçidinə xidmət edəcək. Modul konstruksiyasına görə, gələcəkdə bərəni avtomobil daşınmaq üçün modernləşdirmək mümkün olacaq.

“Futura” bərəsi hibrid rejimdə işləyəcəyi üçün əlavə olaraq üç generator dəsti ilə təchiz olunub.

Yeni bərə “Scandlines”-ə öz donanmasından iki köhnəlmiş gəmini – “Holger Danske” və “Kronprins Frederik”-i çıxarmağa imkan verəcək.

Uzunluğu 147,4 metr, eni 25,4 metr, suya oturumu 5,30 metr olan gəmi göyərtəsinə 140 sərnişin götürəcək.

1872-ci ildə yaradılmış “Scandlines” Avropanın ən qədim şirkətlərindən biridir. Hazırda operatorun gəmiləri iki bərə marşrutuna xidmət göstərir. Altı bərəsi hibrid güc qurğularına malikdir və bir gəmi əlavə olaraq “Norsepower” rotor yelkəni ilə təchiz edilmişdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır