Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-08,
Seanews
Heyder Eliyev

“Carnival Celebration” kruiz gəmisi sifarişçiyə təhvil verilib

Finlandiyanın “Meyer Turku” gəmiqayırma zavodunda “Carnival Celebration” kruiz gəmisinin istismara verilməsi mərasimi keçirilib.

“Seanews.az” xəbər verir ki, layner kruiz donanmasının operatoru “Carnival Cruise Line” şirkətinin sifarişi ilə inşa edilib.

Yeni gəminin dekabrın 6-da Sauthemptondan ilk səfərinə çıxması planlaşdırılır. Layner Panama bayrağı altında üzəcək.

Əvvəllər eyni layihə əsasında Finlandiyanın “Meyer Turku” gəmiqayırma zavodunda “Mardi Gras” kruiz gəmisi tikilib.

Uzunluğu 344 metr, eni 42 metr, ümumi tutumu 182,8 min ton olan gəmi göyərtəsinə 1735 nəfər heyət üzvü ilə yanaşı, 5374 sərnişin götürəcək. Gəminin mayeləşdirilmiş təbii qazla (LNG) işləyəcəyi bildirilir.

“Meyer Turku Oy” tərsanəsinin əsası 1737-ci ildə qoyulub.  O, indiki adını 2014-cü ildə alman ailə şirkəti “Meyer Werft” tərəfindən tərsanə satın aldıqdan sonra alıb. “Meyer Turku” kruiz gəmiləri, yük-sərnişin bərələri və ixtisaslaşdırılmış gəmilər inşa edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır