Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-27,
Seanews
Heyder Eliyev

Yunanıstanın gəmi sahibləri LNG tankerlərinin inşasına 13,6 milyard dollar sərmayə qoyacaqlar

Yunanıstanın gəmi sahibləri yaxın illərdə mayeləşdirilmiş təbii qaz (LNG) tankerləri donanmasını böyütmək üçün genişmiqyaslı proqrama başlayıblar.

“Seanews.az” “Veson Nautical”-a istinadən xəbər verir ki, yunanıstanlı gəmi sahibləri ümumi dəyəri 13,6 milyard dollar olan 52 LNG tankeri sifariş veriblər.

Dünya üzrə inşa edilən gəmilərin tonajının 13,5%-i, dəyər ifadəsində isə 14,3%-i bu ölkənin payına düşür.

73 gəmi və ya dünya üzrə sifarişlərin 18,9%-ni təşkil edən daha böyük gəmiqayırma proqramı Yaponiyanın gəmi sahibləri tərəfindən həyata keçirilir.

Cənubi Koreyanın gəmi sahibləri 46 LNG tankeri ilə üçüncü yeri tuturlar ki, bu da dünya üzrə sifarişlərin 11,9%-i deməkdir. Onlardan sonra Qətər (44 gəmi və ya 11,4%) və Bermuda (28 gəmi və ya 7,25%) gəmi sahibləri gəlir.

Dünyanın ən bahalı LNG donanması Yaponiyanındır və dəyəri 37,8 milyard dollardır. Çin 21,1 milyard dollarla ikincidir. Daha sonra Qətər (18,71 milyard dollar) və Cənubi Koreya (18,67 milyard dollar) gəlir.

Qeyd edək ki, növbəti illərdə dünya üzrə LNG daşıyıcı donanmasının 50%-dən çox artacağı proqnozlaşdırılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır