Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-10,
Seanews
Heyder Eliyev

“HD KSOE” ilin əvvəlindən ümumi dəyəri 4,9 milyard dollar olan 42 gəminin tikintisi üçün sifariş alıb

“HD Korea Shipbuilding & Offshore Engineering” (“HD KSOE”, Cənubi Koreya) gəmiqayırma qrupu mayeləşdirilmiş neft qazının (LPG) daşınması üçün iki tanker tikəcək. Asiya daşıyıcılarından birinin verdiyi sifarişin dəyəri 129 milyon dollardır.

“Seanews.az” xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Yonhap” agentliyi məlumat yayıb.

Şirkətin mətbuat xidmətinin məlumatına görə, hər iki gəmi “HD KSOE”-nin üç bölməsindən biri olan “Hyundai Mipo” tərsanəsində (Ulsan limanı) tikiləcək.

Gəmilərin sifarişçiyə təhvil verilməsi 2026-cı ilin oktyabr ayına planlaşdırılır.

2024-cü ilin əvvəlindən “HD KSOE” ümumi dəyəri 4,9 milyard dollar olan 42 gəminin tikintisi üçün sifarişlər alıb ki, bu da cari il üçün nəzərdə tutulan 13,5 milyard dolların 36,3%-ni təşkil edir. Gəmi tikintisi sifarişləri portfelinə iki LNG tankeri, 15 neft-kimya tankeri, 19 LPG və ammonyak daşımaq üçün tanker, 2 neft tankeri daxildir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır