Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

Yanpu Limanı ilk dəfə mal-qaranın daşınması üçün nəzərdə tutulmuş konteyner gəmisini qəbul edib

Çinin Yanpu Beynəlxalq Dərin Dəniz Limanı ilk dəfə mal-qaranın daşınması üçün nəzərdə tutulmuş konteyner gəmisini qəbul edib.

Seanews.az bu barədə “Hainan Daily” qəzetinə istinadən xəbər verir.

“Fu Guo” gəmisinin ümumi sahəsi 6,4 min kvadratmetr olan səkkiz göyərtəsi var və bir səfərdə 5 min inək və ya 16 min qoyun daşıya bilir.

Bundan əlavə, gəmiyə 660-a qədər standart konteyner yerləşdirmək mümkündür.

“Fu Guo” gəmisi Çinin Hainan törəməsi “National Innovative Union” (“NIU”)  tərəfindən idxal olunub. “NIU”-nun vitse-prezidenti Li Çjiminin sözlərinə görə, 2024-cü ildə daha bir analoji gəminin idxalı planlaşdırılır. Yaxın üç ildə isə şirkət daha bir neçə mal-qara daşıyan gəmi alacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır