Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-08,
Seanews
Heyder Eliyev

“MOL” 2030-cu ilədək LNG və ya metanoldan istifadə edən 90 gəmi inşa etməyi planlaşdırır

“Onishi” Gəmiqayırma Zavodunda (“Shin Kurushima Dockyard”-a daxildir) Yaponiya istehsalçılarının minik avtomobillərinin və yük maşınlarının (PCTC) daşınması üçün iki yanacaqlı gəminin “Mitsui O.S.K. Lines” (“MOL”) şirkətinə təhvil verilməsi mərasimi keçirilib.

"Seanews.az" xəbər verir ki, “Cerulean ACE” gəmisi mayeləşdirilmiş təbii qazla (LNG) işləyəcək.

Dəniz avtomobil daşıyıcısı Yaponiyanın “Shin Kurushima Dockyard” gəmiqayırma və gəmi təmiri qrupu tərəfindən “MOL”-un sifarişi ilə tikilən 100-cü gəmidir.

“MOL” 14 yeni LNG ilə işləyən avtomobil daşıyıcılarının yaradılması və istismarı üçün proqram həyata keçirir. “Cerulean ACE” Yaponiya tərsanələrində inşa ediləcək 11 belə gəmi seriyasından birincisidir. Bu layihədən olan gəmilərin uzunluğu 199,95 metr, eni 38 metr, tutumu isə 7 mindən çoxdur. Gəmi “Starlink” peyk rabitə sistemi ilə təchiz olunub.

Ümumilikdə, gəmiçilik şirkəti 2030-cu ilə qədər LNG və ya metanoldan istifadə edəcək 90 gəmi inşa etməyi planlaşdırır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır