Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-22,
Seanews
Heyder Eliyev

“Svitzer” sərbəst üzəcək

“A.P. Møller – Mærsk A/S” (“APMM”) fevralın əvvəlində elan edilən “APMM – Svitzer” yedək xidməti biznesinin qrupdan çıxarıldığı barədə planını imzalayıb və dərc edib.

“Seanews.az” xəbər verir ki, “Svitzer” və onun törəmə şirkətlərinin, eləcə də yedək xidmətləri biznesi ilə bağlı digər strukturların bütün səhmləri yaradılacaq yeni “Svitzer Group A/S” şirkətində toplanacaq.

“Svitzer”-in qrupdan çıxması “APMM” səhmdarlarının aprelin 26-da keçirilməsi planlaşdırılan növbədənkənar ümumi yığıncağının təsdiqindən sonra reallaşacaq.

“Svitzer”in “APMM”-dən çıxarılması prosesi başa çatdıqdan sonra yeni şirkətin səhmləri Kopenhagendəki Nasdaq birjasında satılacaq.

Qrupun tərkibində “Svitzer” ilə “APMM” səhmlərinin satışının son günü 29 aprel 2024-cü il, yeni “Svitzer Group” şirkətinin səhmlərinin birjada satışının ilk günü 1 may 2024-cü ildir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır