Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-08,
Seanews
Heyder Eliyev

Cənubi Koreya tərsanələri gəmilərin inşası ilə bağlı müqavilələrin təxirə salınması ilə üzləşib

Cənubi Koreya tərsanələri artıq ilkin razılaşmalar olan gəmilərin tikintisi üçün müqavilələrin bağlanmasının təxirə salınması ilə üzləşiblər.

“Seanews.az” Cənubi Koreyanın “The Chosun Daily” qəzetinə istinadən xəbər verir ki, əvvəllər razılaşdırılmış müqavilələrin ümumi məbləği 2 milyard dollardan çoxdur.

Əvvəlcə Cənubi Koreya nəhəngi “HD KSOE”, təxminən 887 milyon dollar dəyərində 6 LNG tankerinin tikintisi üzrə yekun razılaşmanın təxirə salındığını bildirib. Bir müddət sonra “Samsung Heavy Industries” gəmiqayırma şirkəti oxşar vəziyyət barədə məlumat verib: onun Okeaniya və Afrikadan olan gəmi sahibləri ilə imzaladığı təxminən 1,19 milyard dollar dəyərində 8 qaz daşıyıcısının tikintisinə dair müqavilə gəmi sahiblərinin vəziyyətinə görə təxirə salınıb.

Gəmiqayırma şirkətləri müştərilərin adını çəkməsələr də, bazar ekspertləri LNG tankerlərinin Mozambikdə 2020-ci ildə istifadəyə verilmiş LNG layihəsi üçün nəzərdə tutulduğunu ehtimal edirlər. Fransanın “TotalEnergies” şirkətinin rəhbərlik etdiyi layihə Mozambikdə artan gərginlik və qeyri-sabitlik səbəbindən təxirə salınıb.

Nəşr qeyd edir ki, bu halda gəmiqayırma zavodları böyük itki verməyəcək. Yeni qaz daşıyıcılarının qiyməti rekord həddə çatıb, ona görə də yeni müqavilələr zavodlara daha çox gəlir gətirəcək. Bundan əlavə, hər iki şirkət pulun bir hissəsini əvvəlcədən alıb, bu da müqavilələrin yekun ləğvini çətinləşdirir. Bu halda söhbət daha çox yekun sazişin bağlanmasının 3-4 il müddətinə təxirə salınmasından gedir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır