Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-10-04,
Seanews
Heyder Eliyev

"Libra Group"un törəmə şirkəti sonuncu konteyner gəmisini də satıb

"Libra Group"un törəmə şirkəti olan "Lomar Shipping" son konteyner gəmisini satıb.

Bu barədə “Seanews.az” “Reuters” agentliyinə istinadən xəbər verir.

“Lomar Shipping”-in saytında qeyd edildiyi kimi, şirkət 2009-2020-ci illərdə 96-sı konteynerdaşıyan olmaqla, ümumilikdə 135 gəmi alıb. Bunlardan 60-a yaxın gəmi 2020-2023-cü illərdə konteyner daşımanın qızğın vaxtlarında ümumilikdə 2 milyard dollara satılıb. Son on ildə isə şirkət 90-dan çox konteyner gəmisi satıb.

Nəşr yazır ki, şirkət gəmiçilik biznesinin bir hissəsini - 30-a yaxın quru yük gəmisi və tanker saxlamaqla daha çox innovasiya və davamlı inkişafa diqqət yetirməyə çalışır.

"Lomar”-ın konteyner seqmentindən çıxması onilliklər boyu davam edən strateji aktiv oyununun bir hissəsi idi", -  deyə “Lomar Shipping” şirkətinin baş direktoru Nikolas Georgi “Reuters” agentliyinə bildirib.

Qeyd edək ki, Logothetis ailəsinin nəzarətində olan "Libra Group"-un 20 törəmə şirkəti var və gəmiçilik, aerokosmik, bərpa olunan enerji, daşınmaz əmlak, mehmanxana biznesi və digər sahələrdə aktiv fəaliyyət göstərir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır