Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-08,
Seanews
Heyder Eliyev

nəhəng konteynerdaşıyanlar-FOTO-V

Dünyada təxminən 90 faiz yüklər dəniz nəqliyyatı vasitəsi ilə daşınır. Beynəlxalq Dəniz Təşkilatının məlumatına əsasən hər gün 50 minə yaxın müxtəlif növ gəmilər yükdaşımalarda istismar olunur.  Seanews.az   2017-ci ilin ən nəhəng yük daşıyan gəmilərin TOP beşliyini müəyyənləşdirib. Uzunluğu, eni, həcminə görə konteynerdaşıyan gəmilər 7 tipə  bölünür. Bunlar aşağıdakılardır: Small Feeder Feeder Feedermax Panamax Pos-Panamax New-Panamax Ultra Large Panamax Məhz bizim beşliyimiz bu klasifikasiyaya əsasən müəyyənləşdirilib. Konteynerdaşıyan“OOCL Hong Kong” gəmisi  “OOCL Hong Kong” gəmisi Çin donanmasının, eləcədə dünyanın ən nəhəng konteynerdaşıyıcısı hesab edilir. Gəminin uzunluğu nə az-nə çox 399.8 metrdir. Ultranəhəng gəmi göyərtəsinə 21413 konteyner götürməklə bütün məlum rekordları arxada qoyub.  “OOCL Hong Kong”  2017-ci ildə istismara verilib və hazırda Asiya-Avropa nəqliyyat marşrutunda istismar edilir.   Konteynerdaşıyan “Madrid Maersk” gəmisi Danimarkanın “Maersk line” gəmiçilik şirkətinə məxsus bu konteynerdaşıyıcısı siyahıda ikinci yerdə qərarlaşıb. Uzunluğu 399 metr olan gəmi göyərtəsinə 20568 konteyner qəbul etmək imkanına malikdir. Nəhəngin göyərtəsində konteynerlər 23 cərgədə yığılır. Gəmi “Daewoo Shipbuilding” zavodunda tikilib. Konteynerdaşıyan “MOL Triumph” gəmisi “Mol Triumph” gəmisi Yaponiyanın “Mitsui OSK Lines” gəmiçilik şirkətinə məxsusdur və ölçülərinə görə siyahının 3-cü pilləsində qərarlaşıb. 400 metr uzunluğu olan gəmi ümumilikdə 20170 konteyner qəbul edə bilir. Cənubi Koreyanın “Samsung” şirkəti tərəfindən tikilən gəmi Asiya və Avropa Nəqliyyat Marşrutunda istismar edilir. İlk reysinə isə 2016-cı ilin dekabrında çıxıb. Konteynerdaşıyan “MSC Jade” gəmisi Reytinqin  dördüncü pilləsində isə uzunluğu 398.4 metr olan “MSC Jade” gəmisi qərarlaşıb. “Mediterranean” gəmiçilik şirkətinə məxsus 12 konteynerdaşıyıcının içərisində ən böyüyü olan gəmi 2016-cı ildə istismara verilsə də, əsas səfərlərinə 2017-ci ildə etibarən çıxmağa başlayıb. Konteynerdaşıyan “Pegasus” gəmisi Tikintisi zamanı bu gəmi dünyada ən nəhəng hesab edilirdi, amma rəqibləri qısa zamanda onu üstəliyə bildi. Hazırda gəminin göyərtəsinə 19437 konteyner sığır. Sonda isə Seanews.az sizi unikal konteynerdaşıyan gəmilər haqqında videoçarxa baxmağa dəvət edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır