kt-Peterburqda gəmi ya
Sankt-Peterbuqda yerləşən Baltik gəmiqayırma zavodunda “Lomonosov” gəmisi alovlanıb. Rusiya Federasiyasının Fövqəladə Hallar Nazirliyinə daxil olan məlumata əsasən yanğın gəminin anbarında baş verib və daha sonra digər ərazilərə keçib. Hadisə yerinə yanğınsöndürənlər və texnika cəlb edilib. Ölən və yaralananlar haqqında heç bir məlumat yoxdur. Məlum olub ki, yaxınlıqda yağ məhsullarının saxlandığı anbar yerləşir. Yanğının qarşısı vaxtında alınmasaydı, fəsadlar daha böyük ola bilərdi.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır