Çinə məxsus konteyner şirkəti IPO-dan əldə etdiyi gəlirlə gəmi alacaq
Çinə məxsus “Zhonggu Logistic” konteyner şirkəti “Yangzijiang Shipbuilding”ə 10 gəmi sifarişi verib.
“Seanews.az” xəbər verir ki, gəmilərin qarşıdakı 2-4 il ərzində təhvili nəzərdə tutulur.
Qeyd edək ki, şirkət ötən ay 18 ədəd gəmi inşa etdirəcəyini açıqlamışdı.
Məlumata görə, tikintiyə ümumilikdə 695 milyon dollar yönəldiləcək. Bu vəsait isə şirkətin 2020-ci ilin sentyabrında IPO-dan əldə etdiyi gəlirlə qarşılanacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır