“COSCO Group” əldə etdiyi rekord gəlirdən öz donanmasını genişləndirmək istəyir
“COSCO Group” dünyada ən böyük şirkətə çevrilməsi üçün donanmanın genişləndirilməsi proqramına 4,9 milyard dollar sərmayə qoyacaq.
“Seanews.az” “korabel.ru”-ya istinadən xəbər verir ki, 2023-2025-ci illəri əhatə edən proqram ümumi tutumu təxminən 580 min TEU olan 32 konteyner gəmisinin tikintisini nəzərdə tutur.
İyunun sonuna olan məlumata görə, “COSCO”-nun donanması 2,92 milyon TEU tutumlu 512 gəmidən ibarətdir. İnvestisiya proqramı qrupun donanmasının imkanlarını təxminən 20% artıracaq.
Qrup hazırkı formada 2016-cı ildə “COSCO”-nun Çinin ikinci ən böyük gəmiçilik şirkəti olan “China Shipping” ilə birləşməsi nəticəsində yaradılıb. 2018-ci ildə qrup Honkonq daşıyıcısı “OOCL”-ni alıb.
“COSCO Shipping Holdings”-in xalis mənfəəti bu ilin birinci yarısında demək olar ki, iki dəfə artıb.
“COSCO Group” da bu rekord gəlirdən öz donanmasını genişləndirmək üçün istifadə etmək istəyir.