Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

Bir kəmər – bir yol” layihəsinin iştirakçıları biznes və ticarətin gücləndirilməsi məsələlərini müzakirə edib

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) beynəlxalq əlaqələr və layihələr şöbəsinin müdiri Təranə Məmmədova Çin Xalq Respublikasının Syan şəhərində keçirilən növbəti “İpək Yolu Biznes Sammiti” və “İpək Yolu Beynəlxalq həftəsi”ndə iştirak edib. Bu tədbirlər İpək Yolu Beynəlxalq Ticarət Palatası, Beynəlxalq Ticarət üzrə Çin Komitəsi, Şiansi əyalətinin Administrasiyası, Çin Beynəlxalq Ticarət Palatası və Syan şəhərinin Administrasiyası tərəfindən birgə təşkil olunub. Çinin Şanxi əyalətinin paytaxt şəhəri olan və qədim İpək yolunun başlanğıc nöqtəsi sayılan Syan şəhərində toplaşan “Bir kəmər – bir yol” təşəbbüsünün iştirakçısı olan ölkələrdən 600-dək hökumət nümayəndələri, eləcə də beynəlxalq biznes icmasının, beynəlxalq maliyyə institutlarının, diplomatik nümayəndəliklərin təmsilçiləri İpək Yolu üzərində biznes və ticarətin gücləndirilməsi, özəl sektorun və biznesə dəstək təşkilatlarının bu prosesə fəal cəlb olunması istiqamətində birgə müzakirələr aparıblar. Azərbaycan Sahibkarlar Konfederasiyası xarici tərəfdaşlarla, xüsusilə beynəlxalq əhəmiyyətli İpək Yolu üzərində yerləşən ölkələrlə işgüzar əməkdaşlığın genişləndirilməsinə böyük əhəmiyyət verir. ASK İpək Yolu Beynəlxalq Ticarət Palatasına qoşulan ilk təşkilatlardan biridir. Ötən il keçirilən ilk sammitdə ASK-nın prezidenti Məmməd Musayev palata sədrinin müavini seçilmişdi.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır