Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-05,
Seanews
Heyder Eliyev

2024-cü ilin I rübü ərzində ASCO üzrə təhvil verilən müxtəlif tullantıların həcmi açıqlanıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) gəmilərin istismarı və sahil obyektlərinin fəaliyyəti nəticəsində yaranan maye və bərk tullantıların su mənbələrinə, qrunta və havaya ekoloji mənfi təsirlərinin minimuma endirilməsini daim diqqətdə saxlayır. Əməliyyatlar zamanı ətraf mühitə zərərin vurulmaması üçün zəruri qabaqlayıcı tədbirlər görülür.

2024-cü ilin ilk rübünün nəticələrinə görə, ASCO gəmilərindən 23,865 m³ plastmas, 239,836 m³ qida qalığı, 205,263 m³ məişət tullantısı (kağız-karton, əski, şüşə, metal və s), 35,25 m³  istismar tullantısı, 111,4 m³ neft qalığı-şlam, 1097 m³ döşəməaltı lyal sular, 22361,8 m³ məişət təsərrüfat çirkab su bağlanmış müqavilələr əsasında təcrübəli mütəxəssislərə və texniki resurslara malik sertifikasiyalı qurumlara təhvil verilməklə ərazilərimizdən kənarlaşdırılıb.

Dövr ərzində ASCO-nun sahil obyektləri üzrə 14,735 ton yanmış qəlib qumu, 338,82 ton abraziv (gəmi gövdəsindən çıxan pas-boya-çınqıl-qum qarışığı),  17444 ton məişət çirkab suyu, 254 ton neftli döşəməaltı-lyal su, 73,54 ton sürtgü yağı, 1275,14 m³  məişət tullantısı (kağız-karton, taxta, əski, şüşə, metal, butulka və s), 164,01 m³  qida qalığı, 100,5 m³ polimer əsaslı və plastmas tullantı, 21,25 m³ yağlı və neftli tullantı, 38,25 m³ rezin tullantı, 114,8 m³ istismar tullantı, 0,005 m³  tibbi tullantı aidiyyatı üzrə təhvil verilib.

Rüb ərzində ümumilikdə 0,105 ton kağız, 0,052 ton plastmas, 94,431 ton qara metal, 0,028 ton əlvan metal  isə təkrar emala göndərilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır