Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

Rusiya Federasiyası Tanzaniya və Seneqalda limanların tikintisini nəzərdən keçirir

Rusiya Afrika ölkələri, xüsusilə Tanzaniya, Seneqal, Əlcəzair və Misirlə yerli malların axınını təşkil etmək üçün limanların yaradılmasını nəzərdən keçirir.

“Seanews.az” xəbər verir ki, bu barədə TASS-a "İnnoprom. Mərkəzi Asiya" beynəlxalq sənaye sərgisində Rusiya Federasiyası Sənaye və Ticarət Nazirliyinin xarici ticarət sahəsində beynəlxalq əməkdaşlıq və lisenziyalaşdırma departamentinin direktoru Roman Çekuşov bildirib.

Roman Çekuşovun dediyinə görə,  Afrikada yaxın gələcəkdə həyata keçirilməli olan bir neçə layihə var ki, onlardan biri Rusiya məhsullarının ölkəyə girişi üçün limanın yaradılmasıdır. Belə limanların ilk növbədə Tanzaniya, Seneqalda yaradılması nəzərdən keçirilir. Şimal hissədə əsasən Əlcəzair və Misir üstünlük təşkil edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır