"ASCO Arena"da əyləncəli idman proqramı təşkil ediləcək
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) və “Səbail” FK-nın təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar 9 may tarixində əyləncəli idman proqramı təşkil olunacaq.
“ASCO Arena”da keçiriləcək tədbirdə ASCO-da və struktur idarələrdə çalışan əməkdaşların uşaqları iştirak edə bilərlər.
Qeydiyyat üçün Sosial inkişaf və nəqliyyat departamentinə müraciət etməyiniz xahiş olunur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır