Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-02-29,
Seanews
Heyder Eliyev

ASCO “Heydər Əliyev İli” çərçivəsində “Xəzərim” adlı foto müsabiqə elan edir

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) “Heydər Əliyev İli” çərçivəsində foto müsabiqə elan edir.

“Xəzərim” adlı müsabiqənin məqsədi geniş auditoriyanı Xəzər dənizçilərinin spesifik əməyi ilə yaxından tanış etmək, habelə Xəzəri əlverişli su yolu, zəngin təbii sərvət qaynağı, gözəl mənzərələr məkanı kimi tərənnüm etmək, onun qiymətli ekosistem kimi qorunmasının vacibliyini önə çəkməkdir.

Müsabiqədə həm peşəkar, həm həvəskar fotoqraflar iştirak edə bilərlər.

Müsabiqədə iştirak edən fotoqraflar aşağıdakı qaydalara əməl etməlidirlər:

- Fotolar son 5 il ərzində yalnız fotoaparatla çəkilməlidir.

- Fotolar jpg/jpeg formatında olmalı, 300 dpi, uzun tərəfi 3000 pikseldən aşağı və ölçüsü 3 mb-dan az olmayaraq təqdim edilməlidir.

- Hər iştikaçı müsabiqəyə maksimum 2 foto təqdim edə bilər.

- Fotolar müəllifə məxsus olmalıdır. Hər hansı müəllifin və ya internetdən yüklənən fotoların göndərilməsi qəti qadağandır. 

- Fotolar rəngli və ya ağ-qara şəklində rəqəmsal formatda təqdim edilməlidir.

- Fotonun üzərində hər hansı ad, simvol, loqo və ya su nişanı olmamalıdır.

- Fotoda kəsim, rəng doyma, kəskinlik, toz və kontrast düzəltmə kimi məqbul müdaxilə xaricində digər manipulyasiya və dəyişiklik qəbul edilmir.

- Təqdim edilən fotonun adı və çəkildiyi il qeyd olunmalıdır.

- Müsabiqənin təşkilatçıları iştirakçıların fotolarına dair icazə və müəllif hüquqları ilə bağlı məsuliyyət daşımır.

- Mükafat qazanan fotoşəkillər kommersiya məqsədi olmadan, yalnız sərgi, təqdimat, təşviqat xarakterli məqsədlər üçün ASCO tərəfindən müəllifin adı və soyadı qeyd olunmaqla çap edilə bilər.

- Fotolar kodlaşdırılaraq anonim şəkildə münsiflərə təqdim ediləcək. Münsiflər tərəfindən fotolara ballar veriləcək.

- Hər iştirakçının yalnız bir fotosu qalib ola bilər.

- Bir neçə foto eyni bal toplayarsa, münsif heyəti bədii cəhətdən ən üstün olanını qalib etmək səlahiyyətinə malikdir. Münsiflərin qərarı müzakirə olunmur və onların verdiyi qərar yekundur.

Qaliblərin mükafatlandırılması:

  • 1-ci yer – 1000 AZN
  • 2-ci yer – 500 AZN
  • 3-cü yer – 300 AZN

 

Fotolar “Xəzərim” mövzusu ilə fotomusabiqe@asco.az elektron ünvanına göndərilməlidir.

Müsabiqəyə fotoların göndərilməsi üçün son tarix 1 avqust 2023-cü il müəyyənləşdirilib.  Nəticələr isə 19 avqust 2023-cü ildə açıqlanacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır