"Suraxanı" gəmi-muzeyində "Dənizçi Günü" xüsusi proqramla qeyd olunacaq - PROQRAM
25 iyun “Dənizçi Günü” "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) “Suraxanı” gəmi-muzeyində maraqlı tədbirlərlə qeyd olunacaq.
Tədbirin proqramı aşağıdakı kimidir.
11:00-20:00 “Suraxanı” gəmi-muzeyində ödənişsiz ekskursiyalar təşkil ediləcək.
13:00-19:00 Gəminin göyərtəsində mini yarmarka təşkil ediləcək.
13:00-13:40 Məktəblilərin “Dənizçi Günü” ilə bağlı xüsusi tamaşası olacaq.
14:00-16:30 “Xəzər” Yelkənli Qayıqlar İdman Klubunun “Suraxanı” kuboku uğrunda yarışı keçiriləcək.
15:30-19:30 Animatorların iştirakı ilə uşaq əyləncə proqramları təşkil ediləcək.
13:00-19:00 Gəmi göyərtəsində DJ-in müşaiyəti ilə proqram olacaq.
Gəmi önündə isə “İ LOVE SEA” kompozisiyası və göyərtədə foto-zona quraşdırılacaq.
Hər birinizi, o cümlədən ailə üzvləriniz, dostlarınız və yaxınlarınızı “Suraxanı” gəmi-muzeyində gözləyirik. Giriş ödənişsizdir.
Ünvan: Bakı Bulvarı, Bayıl, Su idmanı sarayının yanı
Əlaqə: (Call center)+994 50 274 30 97: (Bron üçün)+994 55 987 68 75 Şəh. (012)3108099