Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

ADDA-nın professor-müəllim heyəti, doktorantları və magistrantları üçün master-klass təşkil olunub

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Gənc alimlərin elmi tədqiqat işləri aparmaları və nüfuzlu jurnallarda məqalə çap etdirmələri ilə əlaqədar tövsiyələr” adlı master-klass dərsi keçirilib.  “Tətbiqi mexanika” kafedrasının müdiri t.e.d., prof. Vaqif Həsənovun təqdimatında baş tutan master-klassda ADDA-nın professor-müəllim heyəti, doktorantları və magistrantları iştirak ediblər. 

Master-klass dərsindən əvvəl Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra prof.Vaqif Həsənov dahi şəxsiyyətin elm, bilik və təhsillə bağlı gördüyü işləri haqqında iştirakçılara məlumat verib.

Vaqif Həsənov elmi tədqiqat işlərinin aparılmasına hazırlıq, elmi tədqiqat işinin aparılmasının yolları, elmi məqalənin strukturu, məqalənin dərc olunacağı jurnalın seçilməsi, məqalənin tərtibatı, məqalənin təqdimatı və rəydən keçirilməsi kimi vacib məsələlər haqqında danışıb. 

Master-klass dərsində iştirakçıları maraqlandırılan suallar cavablandırılıb, onların fikri dinlənilib. 

İştirakçılar qeyd ediblər ki, belə tədbirlərin keçirilməsi gənc tədqiqatçıların elmi fəaliyyətinə təkan verəcək, təcrübənin yeni nəslə ötürülməsində vacib rol oynayacaq.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır